fbpx

Azərbaycan-İsrail parlamentlərarası dostluq qruplarının görüşü keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Sentyabrın 4-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov və qrupun üzvləri ölkəmizdə səfərdə olan İsrail-Azərbaycan parlament dostluq qrupunun üzvü Yevgeni Sovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən xəbərə görə, qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən işçi qrupunun rəhbəri Anatoliy Rafailov Azərbaycanla İsrailin dost dövlətlər olduğunu, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, 44 günlük Vətən müharibəsi zamanı İsrailin dəstəyini yüksək dəyərləndirib.

Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələr dərin tarixi köklərə malikdir. Yəhudi xalqının nümayəndələri Azərbaycanda, azərbaycanlılar isə İsraildə uzun illərdir mehriban dostluq şəraitində yaşayır və ictimai-siyasi həyatda fəal iştirak edirlər.

Rüya tabirlerini burdan oku

Görüşdə parlamentlər səviyyəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qruplarının fəaliyyəti, İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi diqqətə çatdırılıb.

İsrail-Azərbaycan parlament dostluq qrupunun üzvü Yevgeni Sova qrup rəhbərinin salamlarını çatdırıb, Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüş barədə təəssüratlarını bölüşüb. Səmimi görüşə görə təşəkkürünü bildirən qonaq, ölkələrimiz və xalqlarımız arasında olan dostluq münasibətlərinin məmnunluq doğurduğunu qeyd edib, ölkəsinin müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişaf perspektivləri barədə danışılıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Arzu Nağıyev, Jalə Əhmədova, Rasim Musabəyov, Elnur Allahverdiyev, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanİsrail #parlamentlərarası #dostluq #qruplarının #görüşü #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu