fbpx

“Azərbaycan kartlarını açıq oynayır” – İranın Azərbaycandakı agentləri ifşa ediləcək?

BEY.AZ informasiya agentliyi xəbər verir


“Son vaxtlar xüsusilə gərginləşən İran- Azərbaycan münasibətləri fonunda Rəsmi Bakının daxili təhlükəsizliyini təmin etmək üçün addımlar atması çox vacibdir”.

Bu sözləri Metbuat.az-a politoloq Turab Rzayev, bir həftə ərzində İranın Azərbaycan ərazisindəki agent şəbəkəsi çökdürüləcəyi ilə bağlı suala cavab verərkən bildirib. Müsahibimiz hesab edir ki, təhlükəsizlik orqanları tərəfindən nə zaman başlanılacağı bəlli olmasa da, İranın ölkəmizdəki agent şəbəkəsinə qarşı çox ciddi addımlar atılacaq.

Bəs hazırda İrana qarşı təmizləmə əməliyyatının aparılmasına səbəb yaradan əsas faktor nə oldu?

Turab Rzayev deyir ki, Azərbaycanın bir neçə dəfə sülh əli uzatmağına baxmayaraq, İran hər dəfə bunu geri çevirərək, daxildən Azərbaycan dövlətini sarsıtmağa yönəlik həmlələr edibdir.

Turab Rzayev

“Keçən il bu günlərdə İran Azərbaycanla münasibətlərin normallaşdığını, arada düşmənçilik yaradan bir şey olmadığını bildirmişdi. Rəsmi şəkildə Azərbaycan dövlətinin cavabından sonra, biz son dövrlərdə artan İran təhlükəsini hiss edirik. Birincisi, İran daxilində kütləvi olaraq həm İran xarici siyasətində Azərbaycana qarşı münaslar yer alır. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanı müharibə təhdidləri ilə hədələyir. Xüsusilə qeyd etmək lazımdır ki, İran səfiri elə bu yaxınlarda Ermənistana səfər edərək Qafanda köhnə bir binada konsuluq binası açması barədə bəyanat səsləndirdi. İran ordusuna SEPAH-a aid səhifələrdə, İran dövlət rəsmilərinin dilində Azərbaycana qarşı müharibə çağırış, Ermənistanın yanında olması və Zəngəzur dəhlizi ilə bağlı hər hansı bir addım atılarsa Azərbaycana qarşı işğal planları onu deməyə əsas verir ki, Tehran Azərbaycanı təhdid edir. İranın Araz çayı üzərində Azərbaycan və Türkiyə sərhədində təlimlər keçirməsi isə, əslində həm Azərbaycan, həm də Türkiyəyə qarşı açıq şəkildə düşmənçilik ifadəsi müharibə elanına bərabər bir aktdır. Biz tez-tez İran daxilində yayımlanan mediada kütləvi şəkildə Azərbaycana qarşı xüsusilə açıq şəkildə “Naxçıvan Muxtar Respublikası blokadadadır ki, gəlin oranı işğal edək” tipli çağırışları müşahidə edirik. Bütün bunlar heç bir halda Azərbaycana qarşı xoş niyyətdən xəbər vermir”.

Turab Rzayev qeyd etdi ki, Cənubi Azərbaycanda azərbaycanlılara qarşı yenidən basqıların artması, azərbaycanlı ictimai fəallara qarşı təzyiqlərin çoxalması, ictimai fəallar, milli gənclərə qarşı işgəncələrin verilməsi, azərbaycanlılarla digər etnik qruplar arasında etnik konfliktlər qızışdırılması Azərbaycan dövlətini narahat edir və açıq şəkildə bizə qarşı düşmənçilik aktı kimi görünür.

“Bütün bu məlumatları topladıqda aydın məsələdir ki, İranla Azərbaycan münasibət daha da gərginləşəcək və bu gərginləşmə fonunda Azərbaycan həm təxribatların qarşısını almaq üçün, həm daxili stabilliyi təmin etmək üçün İrana bağlı olan hücrələri, agent şəbəkəsi zərərsizləşdirməklə tez bir zamanda cavab verəcəkdir. Əslində onların bəziləri daha əvvəlcədən bilinən şəxslər, qruplar idi. Sadəcə, bunun zərərsizləşdirilməsi həm ölkə daxilində sabitliyi təmin etməyə yönəlmiş İrana qarşı açıq mesaj olacaq. Yəni artıq biz də kartlarımızı açıq şəkildə oynamağa başlayacağıq”.

Mövzunun davamı olaraq siyasi şərhçi Azər Qasımov Metbuat.az-a açıqlmasında vurğuladı ki, İran agentlərinə qarşı xüsusi əməliyyat planı hələlik öz təsdiqini rəsmi tapmasa da, bu, gözləniləndir və hal-hazırda baş verən hadisələrin məntiqi davamı ola bilmə ehtimalı kimi qiymətləndirilməlidir.

Azər Qasımov

“Əsas məsələ bu məlumatın öncədən KİV vasitəsi ilə ictimaiyyətə sızdırılması və bunun nəticəsində də ölkədə müəyyən fikir formalaşdırmağa cəhd edilməsidir. Hesab etmək olar ki, bu məntiq müəyyən nəticələrə hesablanıb, agent şəbəkəsinin müəyyən edilməsi üçün buraxılmış informasiyadır. Şəxsən fikirləşirəm ki, bu informasiyanın arxasında İran dövlətinə verilən mesaj dayanır. Azərbaycan dövləti həmişə İran dövlətinə qarşı addım atmağı məqbul hesab etməyib, qeyd edildiyi kimi iki dost-qardaş ölkələr arasındakı münasibətlərin qorunmasına çalışıb. Bu məntiqdən də belə bir informasiya sızdırmaqla İran dövlətinə çatdırmaq istəyir ki, özünün iki ölkə arasındakı münasibətlərə zərbə vuran fəaliyyətlərinə son qoysun. Əks halda onların Azərbaycanda olan bütün səviyyələrdəki “təəssübkeşlərinin” həbs ediləcəyi qaçılmaz olacaq. Bu isə artıq geridönməz proseslərə start verəcək ki, nəticədə regionun stabilliyi böyük ölçüdə zərbə alacaq və digər bunda maraqlı olan güclərin aktivləşməsinə səbəb olacaq”.

A.Qasımov qeyd etdi ki, bunu Azərbaycan dövlətinin İrana xoş məram çağırışı kimi də dəyərləndirmək olar. İran bunu doğru qiymətləndirməlidir.

“Əks təqdirdə əminliklə demək olar ki, Azərbaycan kəşfiyyat və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün İran agentura şəbəkəsini ifşa edib, zərərsizləşdirmək ən asan iş olacaq, çünki bunun üçün sosial şəbəkələrə nəzarət etmək kifayət edəcəkdir ki, bu, çoxdan belədir” – deyə A.Qasımov fikirlərinə əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin