Azərbaycan maliyyə yönümlü zərərli proqramlar arasında ilk 10-luqdadır
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan maliyyə yönümlü zərərli proqramların hücumuna məruz qalan istifadəçilərin sayına görə ilk 10 ölkəyə daxil olub
“Kaspersky”dən Metbuat.az-a verilən məlumata görə, şirkət yanvar-mart ayları ərzində şirkətin həlləri 107848 unikal istifadəçinin kompüterində bank hesablarından pul oğurlamaq məqsədilə işə salınan bir və ya bir neçə maliyyə yönümlü zərərli proqram aşkarlayıb. Eyni zamanda, Azərbaycan hücuma məruz qalan istifadəçilərin payına görə 7-ci yeri tutaraq ilk onluğa daxil olub.
Əsas maliyyə təhdidləri sırasına bank troyanları, həmçinin ATM və ya PoS üzərindən müdaxilə edən zərərli proqramları daxildir. Onların hamısı istifadəçilərin bank hesablarından pul oğurlamaq üçün nəzərdə tutulub. Bundan əlavə, zərərli proqramlar təcavüzkarlara fərdi kompüteri uzaqdan idarə etmək, ekranın görüntülərini çəkmək, klaviaturadan daxil edilmiş məlumatları ələ keçirmək, istifadəçinin kompüterinə zərərli faylları yükləmək və onları işə salmaq imkanı verə bilər.
“Əksər bank troyanları Rusiya və MDB ölkələrini hədəf alıb və ümumilikdə Azərbaycanın hücuma məruz qalan istifadəçilərin payına görə ilk onluğa düşməsi gözləniləndir. Ümid edirik ki, bu “anti-reytinq” həm şirkətlərə, həm də son istifadəçilərə belə mühüm problemə yenidən diqqət yetirməyə kömək edəcək. Troyanlar daim inkişaf edir, onların istifadəsi ilə saxtakarlıq sxemləri daha da mürəkkəbləşir, bank proqramlarından gələn zənglərə və dəstək xidməti ilə söhbətin imitasiyasına qədər yeni ssenarilərlə tamamlanır. Bu baxımdan biz şirkətlərə kibertəhlükələrdən qorunmağa, istifadəçilərə isə rəqəmsal gigiyena səviyyəsini yüksəltməyə daha çox diqqət yetirməyi tövsiyə edirik”, – deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.