fbpx

Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib

BEY.AZ informasiya agentliyi xəbər verir


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.

Metbuat.az xəbər verir ki, yığmamız buna təsnifat mərhələsinin son turunun oyununda nail olub.

D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriya ilə səfərdə keçirilən qarşılaşma başa çatmamış 2-ci yeri təmin edib. İlk iki setdə 25:14 və 25:20 hesabı ilə qələbə qazanan voleybolçularımız bu görüşdə ən azı 1 xal əldə edəcək.

Bununla da yığmamız Avstriya üçün əlçatmaz olub. Qarşılaşmadan öncə 9 xala malik komandamız rəqibini 2 xal qabaqlayırdı.

Millimiz hamısı ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni AVRO-2005-də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.

Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan AVRO-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.

Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya, 4-cü pilləni Gürcüstan tutub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin