fbpx

Azərbaycan millisi Avropada 4-cü oldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatı başa çatıb.

Metbuat.az-ın məlumatına görə, 11 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin siyahısı açıqlanıb. Avropa çempionatında 13 çəkidən 7-də təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medal sıralamasına görə qitə birinciliyini 4-cü pillədə başa vurub. Millimiz bu yerə BolqarıstanGürcüstanla şərikdir.

Siyahıda birinci yeri İtaliya yığması tutub. İlk “üçlük”də TürkiyəUkrayna milliləri yer alıblar.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, yığmamızın heyətində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu