fbpx

Azərbaycan nefti ucuzlaşıb

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 24-də 89,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,31 dollar/barel azdır.

Metbuat.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 88,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,34 dollar/barel azdır.

Rüya tabirlerini burdan oku

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 84,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 87,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel azdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu