fbpx

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşdü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,65 ABŞ dolları, yaxud 0,86 % azalaraq 74,75 ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 73,79 ABŞ dollarına satılıb.

Rüya tabirlerini burdan oku

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #neftinin #qiyməti #dollardan #aşağı #düşdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu