Azərbaycan nümayəndə heyəti paraddan keçib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.
Metbuat.az xəbər verir ki, tədbirdə Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.
Azərbaycan paradda iştirak edən 42-ci ölkə olub. Açılışa komandanın şef de-missionu, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov və məşqçi Aleksey Çetveruxin də qatılıb.
Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək.
Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.