Azərbaycan Ordusunda gizir olmaq istəyənlər üçün təlim keçirilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Gizir hazırlığı” kursunun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib.
Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Atışdan qabaq kursantların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib. Silahların taktiki-texniki xüsusiyyətləri, onlardan istifadə qaydaları, eləcə də nişanalma və atəş açmanın digər əsasları öyrədilib, təhlükəsizlik qaydaları çatdırılıb.
Kursantların praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin vaxtında aşkar edilərək dəqiq atəşlə məhv edilməsinə yönəldilib.
Atış çalışmalarında verilən bütün tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.