fbpx

Azərbaycan Ordusunun əsgəri faciəvi şəkildə öldü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əsgərli Aslan Əkbər oğlunun 14 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Metbuat.az-a Respublika Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

“Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Rüya tabirlerini burdan oku

Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”, – deyə məlumatda qeyd olunub.

16:48

Azərbaycan Ordusunun əsgəri Əsgərli Aslan Əkbər oğlu özünün güllələyib.

Metbuat.az-ın məlumatına görə, 2004-cü təvəllüdlü əsgər əslən Lənkəran rayonunun Liman şəhərindəndir.

Fakt Hərbi Prokurluqdan saytımıza təsdiqlənib.

Qeyd edək ki, ailədə Əsgərli Aslandan başqa 2 qız övladı da var.

Gülər Seymurqızı






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #Ordusunun #əsgəri #faciəvi #şəkildə #öldü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu