“Azərbaycan öz işini özü həll etməyə məcbur oldu”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərbaycan öz işini özü həll etməyə məcbur oldu”.
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək: “Bu isə sülh prosesinə rəvac verəcək”.
E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər: “Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #öz #işini #özü #həll #etməyə #məcbur #oldu