Azərbaycan Premyer Liqası: İki qarşılaşma baş tutacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.
Metbuat.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.
Turun açılış matçında “Qarabağ” “Azersun Arena”da “Səbail”i qəbul edəcək. Hazırda 1 oyun az keçirən Ağdam klubu 46 xalla turnir cədvəlinə başçılıq edir. 11 xalı olan paytaxt təmsilçisi isə sonuncu – 8-ci pillədə qərarlaşıb.
Günün digər matçında Sumqayıtdakı “Kapital Bank Arena”da yerli komanda ilə “Sabah” arasında olacaq. Meydan sahibləri 19 oyundan sonra 14 xalla 7-ci pillədə qərarlaşıb. 26 xalı olan qonaqlar isə 5-cidir.
Bu, həm də Premyer Liqadakı iki əcnəbi baş məşqçi – Aleysey Baqa və Murad Musayevin ilk görüşü olacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
2 aprel (şənbə)
16:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Azersun Arena”.
18:15. “Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.
Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək “Qəbələ” – “Keşlə” və “Neftçi” – “Zirə” matçları ilə yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.