Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq.
Metbuat.az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçında 26 xalla 2-ci pillədə qərarlaşan “Qəbələ” 17 xalla 5-ci sırada yer alan “Sabah”ın qonağı olacaq. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Turun son oyunu “Səbail” və “Sumqayıt” komandaları arasında olacaq. H
Azərbaycan Premyer Liqası
XV tur
8 fevral (çərşənbə axşamı)
17:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cavanşir Yusifov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”.
19:15. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”.
Qeyd edək ki, turun ilk oyun günündə “Zirə” səfərdə “Keşlə”ni 1:0, “Qarabağ” isə “Neftçi“ni 2:1 hesabı ilə məğlub edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.