fbpx

Azərbaycan Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarına xüsusi diqqət yetirir

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli sakinlərin nümayəndələrinin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünü təqdirəlayiq hesab edirik.

Metbuat.az xəbər verir ki, bu barədə Qarabağda yaşayan erməni əsilli sakinlərin təmaslar üzrə məsul şəxslə Yevlax şəhərində keçirilən görüşünə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın açıqlamasında deyilib.

Bildirilib ki, nultikultural və tolerant dövlət olan Azərbaycan milliyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının, o cümlədən Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, bu hüquq və azadlıqların inkişafına xüsusi diqqət yetirir.

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, bu kimi təmasların nəhayət bölgəmizdə sülhün təmin olunmasına və inkişafa, Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə mühüm töhfə verəcəyinə inanır, gələcəkdə birgə yaşayış üçün münbit şəraitin yaradılması baxımından yüksək qiymətləndirirəm”, – Ombudsman vurğulayıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #Qarabağın #erməni #sakinlərinin #hüquq #və #azadlıqlarına #xüsusi #diqqət #yetirir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu