Azərbaycan qarşılaşması neytral ölkədə oynanılacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan millisinin Belarusla səfər oyunu neytral meydanda keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Qeyd edilib ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Millətlər Liqasının qrup mərhələsində Belarus – Azərbaycan qarşılaşması neytral ölkədə oynanılacaq.
Bu qərar Belarusun təkcə millimizə qarşı deyil, bütün ev oyunlarına şamil edilib.
Qeyd edək ki, Belarus – Azərbaycan görüşü C liqasının III qrupu çərçivəsində iyunun 6-da oynanılacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.