fbpx

Azərbaycan səfiri Pakistan Hərbi Dəniz Qüvvələri komandanı ilə görüşüb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan Hərbi Dəniz Qüvvələri komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb.

Bu barədə Metbuat.az-a Azərbaycanın Pakistandakı səfiriyindən məlumat verilib.

Səfir, admiral Amcad Xan Niaziyə səmimi qəbula görə öz təşəkkürünü bildirib və ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

Rüya tabirlerini burdan oku

Səfir, Pakistan və Azərbaycan arasındakı münasibətlərin tarixi və mədəni bağlara dayandığı üçün daima güclü olduğunu və hər iki ölkənin bir-birinə daim dəstək verdiyini qeyd edib. O, 44 günlük Vətən müharibəsi dönəmində Pakistan dövlətinin və xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və bunun göstəricisi kimi müharibənin gedişi zamanı Azərbaycan, Pakistan və Türkiyə bayraqlarının Azərbaycanın şəhər və kəndlərində Azərbaycan xalqı tərəfindən yan-yana dalğalandırıldığını qeyd edib.

Səfir Pakistan Hərbi Dəniz Qüvvələrinin hərbi təhsil müəssisələrində Azərbaycan Hərbi Dəniz Qüvvələri mənsublarına müxtəlif təhsil proqramları təqdim olunduğu üçün öz təşəkkürünü bildirib və bu əməkdaşlığın Azərbaycanın tərəfindən təqdir olunduğunu diqqətə çatdırıb.

Admiral Amcad Xan Niazi ölkələrimizin bir-birinə göstərdiyi dəstəyin xalqlarımızın tarixi köklərindən, dini və mədəni əlaqələrindən qaynaqlandığını xüsusi vurğulayıb. O, Pakistan Hərbi Dəniz Qüvvələrinin mövcud təhsil, təlim və hərbi-texniki imkanlarının Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün daim açıq olduğunu diqqətə çatdırıb.

Səfir ölkələrimizin Hərbi Dəniz Qüvvələri arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması və daha da inkişaf etdirilməsi üçün yüksək səviyyəli səfərlərin önəmli olduğunu vurğulayıb və cari ildə də bu istiqamətdə müvafiq fəaliyyətin həyata keçiriləcəyini qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu