Azərbaycan təmsilçisi çıxışını medalsız başa vurub
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.
Metbuat.az xəbər verir ki, 19 yaşlı idmançı sərbəst proqramda 118,15 xala layiq görülüb.
Ryabova 25 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb. Beləliklə, o, növbəti konkisürənlərin nəticələrindən asılı olmayaraq, ilk “3-lüy”ə düşə bilməyib və medalsız qalıb.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.