Azərbaycan təmsilçisinin finalda sıra nömrəsi bəlli olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabovanın Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
Metbuat.az xəbər verir ki, 19 yaşlı idmançı 10-cu sırada məharətini göstərməyə çalışacaq.
Yarış fevralın 17-də Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Ryabova qısa proqramda 61,82 xalla 16-cı olub və “24-lüy”ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.