fbpx

Azərbaycan turizm sektoru payız-qış mövsümünə hazırlaşır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Koronavirus (COVID-19) pandemiyası dövründə tətbiq edilən qapanmalar bir çox sahələr kimi turizmə də təsirsiz ötüşməyib. Məhz bu səbəbdən də 2020-2021-ci illərdə Azərbaycana gələn turistlərin sayında kəskin azalma var. Amma pandemiyadan sonra qadağaların aradan qaldırılması, sərhədlərin açılması ilə ölkəyə turist axını sürətlənməkdədir.

Rəsmi statistikaya görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 004,1 min nəfər, təkcə avqust ayında isə 172 min nəfər turist gəlib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 2,2 dəfə çoxdur.

Artıq yaz-yay turizm mövsümü başa çatır və payız-qış turizm mövsümü başlamaq üzrədir.

Rüya tabirlerini burdan oku

Dövlət Turizm Agentliyindən (DTA) Metbuat.az-a bildirilib ki, ilin əvvəlindən etibarən aparılan marketinq və təbliğat tədbirləri yay aylarında turizm sənayesində xeyli canlanmaya səbəb olub:

“Yanvar-avqust ayları ərzində Azərbaycana 1 milyondan çox xarici ziyarətçi gəlib ki, bu rəqəmin 2019-cu ilin göstəriciləri ilə müqayisəsi turizmin təxminən 50 % bərpa olunduğunu deməyə əsas verir.

Bütün dünyada turizm üçün daha passiv olan dövr hesab edilən payız aylarını nəzərə alaraq ilin sonunadək xarici ziyarətçilərin sayının 1,4 milyona çatacağını proqnozlaşdırmaq olar. Bununla belə turizmin tam bərpası bir sıra vacib amillərin mövcudluğundan asılıdır. Hər zaman qeyd etdiyimiz kimi, birbaşa hava uçuşlarının olması, xüsusilə Asiya bazarı üçün əlçatanlıq baxımından önəmli faktordur.

Yaxın Şərq və Körfəz ölkələri, həmçinin Pakistan və Hindistan bazarı üzrə aparılan təbliğat və marketinq işləri nəticəsində yay mövsümü ərzində biz statistikada bu ölkələrdən gəlmə sayında artımı müşahidə etdik. Bu bazarların seçilməsi təsadüfi deyildi. Belə ki, pandemiyadan sonra daha sürətli bərpa üçün məhz Azərbaycanın turizm destinasiyası kimi tanındığı və ölkəmizə marağın daha çox olduğu bazarlar üzrə təbliğat işi gücləndirildi. Əlbəttə, burada, xüsusilə Yaxın Şərq ölkələri ilə birbaşa uçuşların olması öz müsbət təsirini göstərdi.

Bununla belə qeyd olunmalıdır ki, hədəf bazarların xüsusiyyətləri nəzərə alınaraq müvafiq marketinq fəaliyyətləri həyata keçirilir. Məsələn, payız mövsümündə həyata keçiriləcək marketinq və təbliğat tədbirlərinin bir hissəsi məhz qış mövsümü üçün müvafiq bazarlardan turistlərin cəlb edilməsinə hesablanırsa, bəziləri, xüsusilə səyahətləri bir neçə ay qabaqcadan planlaşdıran Avropa turistləri üçün növbəti ilin yaz-yay ayları üçün nəzərdə tutulur”.

DTA payız mövsümü üçün planları da açıqlayıb:

“Payız mövsümündə Avropa bazarları üçün marketinq və təbliğat işini gücləndirmək istiqamətində işlər görülür. “Şahdağ”, “Tufandağ” və “Ağbulaq” kimi qış turizm destinasiyalarının təbliği əsas marketinq istiqamətləri sırasındadır. Məsələn, sentyabr ayında Polşada Azərbaycanın turizm potensialının təqdimatı və B2B formatlı görüşlərin təşkili üçün xüsusi tədbir keçiriləcək, həmçinin noyabr ayında Varşavada keçirilən beynəlxalq turizm sərgisində iştirak planlaşdırılır.

Eyni zamandan Çexiyada, həmçinin Almaniya, İsveçrə və Avstriya kimi ölkələrdə Azərbaycanın turizm imkanları haqqında məlumatlılığın artırılması və sənaye nümayəndələri arasında əlaqələrin yaradılması üçün təqdimat və görüşlər təşkil olunacaq.

Avropa bazarlarında işgüzar turizm imkanlarının təbliğatı da davam etməkdədir. Azərbaycanın işgüzar turizm destinasiyası kimi tanıdılması məqsədilə noyabr ayında Barselonada keçiriləcək “İBTM” sərgisində iştirak edəcəyik.

Sentyabr ayında İtaliyada Turin şəhərində kulinariya ilə bağlı keçirilən beynəlxalq tədbirdə ölkəmizin qastroturizm imkanlarının təbliğatını həyata keçirəcəyik. Ənənəvi olaraq dünya turizm sənayesini bir araya toplayan Londonda keçirilən “World Tourism Market” sərgisində bu il də iştirak edəcəyik.

Bununla belə, Yaxın Şərq və körfəz ölkələri, o cümlədən Pakistan, Hindistan, MDB ölkələri üzrə marketinq tədbirləri payız və qış mövsümündə də davam etdiriləcək”.

Turizm üzrə ekspert Aqil Ağalarov isə hesab edir ki, ölkəyə gələn turistlərin sayının artmasına baxmayaraq Naxçıvan-Türkiyə sərhədinin bağlanması sektora ciddi mənfi təsir edib:

“Post-pandemiya dövründə Azərbaycan turizmini həm pandemiya dövrü ilə, həm də ondan öncəki dövrlə müqayisə etmək olar. Təbii ki, ölkələrdə qaydalar yumşaldıqca və sərhədlər açıldıqca turist axını artmaqda davam edir. Amma hələ də, pandemiyadan öncəki 2019-cu ilin göstəricilərinə çatmamışıq.

Hesab edirəm ki, ölkələrdə yoluxma hallarının azalması, insanların peyvəndləmə tələblərinə uyğun hərəkət etməsi tezliklə bütün məhdudiyyətləri aradan qaldıracaq.

Bütün bunlara baxmayaraq bu yay ölkə vətəndaşlarının xaricə, xüsusən də Türkiyəyə, səfərini təşkil edən turizm şirkətləri müəyyən problemlərlə üzləşib. Belə ki, Azərbaycandan Türkiyəyə ən ucuz və sərfəli reyslər Naxçıvan üzərindən həyata keçirilirdi. Turistlər Naxçıvana təyyarə ilə, oradan da avtobuslarla qardaş ölkənin bir sıra şəhərlərinə səfər edirdilər. Amma iyulun əvvəlindən xəbərdarlıq edilmədən qəfil Naxçıvan-Türkiyə sərhədinin bağlanması turizm şirkətlərinə problem yaratdı. Şirkətlər məcbur oldu bütün biletləri qaytarsın və bu isə onlara ziyan vurdu. Həmçinin xaricə bu yolla getmək istəyən turistlər daxili turlara üz tutmağa məcbur oldular.

Əsasən yerli turistlərimiz Qəbələ, İsmayıllı, Şamaxı və s. bu kimi regionlarımızda 2-3 günlük dincəlməyə üstünlük verirlər”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu