fbpx

​“Azərbaycan türkcəsi”, ​“Azəri türkcəsi” kimi versiyalara qəti son qoyulub”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Televiziyanın dilin təbliğində çox mühüm rolu var. Azərbaycan telekanallarında ədəbi dil qaydaları seriallarda daha çox qorunur. Təəssüf ki, bəzi şou verilişlərində ədəbi dil qaydaları qorunmur. Nəinki qorunmur, ayrı-ayrı dialektlər, loru danışıq tərzi özünü qabarıq şəkildə göstərir”.

Bu sözləri Metbuat.az-a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor, dilçi alim Sayalı Sadıqova deyib. Həmin müsahibəni təqdim edirik:

– Bir müddət öncə Azərbaycan dili ilə bağlı sosial şəbəkələrdə xeyli müzakirələr getdi. Tanınmış naşir Şahbaz Xuduoğlu bildirdi ki, dövlət dili türk dili olmalıdır, Azərbaycan dili “yararsız” dildir. Siz bu barədə nə düşünürsünüz?

Rüya tabirlerini burdan oku

Qeyd etdiyiniz bu məsələ dövlət səviyyəsində öz həllini tapmışdır. Heydər Əli­yev çı­xış­la­rın­da qeyd edir­di ki, mən bu­nu də­fə­lər­lə de­mi­şəm və bu gün də de­yi­rəm, biz türk­dil­li xalq­la­rın ailə­si­nə mən­sub olan bir xal­qıq. An­caq bu­nun çox şa­xə­lə­ri var, bir şa­xə­si də Azər­bay­can di­li­dir.

1995-ci il­­də qə­­bul edi­­lən Kons­­ti­­tu­­si­­ya­­da Azər­­bay­­can di­­li mil­­li döv­­lət­­çi­­li­­yi­­mi­­zin rəmz­­lə­­rin­­dən bi­­ri kimi təs­­bit edil­­di. Kons­­ti­­tu­­si­­ya­­nın qə­­bu­­lu ərə­­fə­­sin­­də hə­­min mü­­za­­ki­­rə­­lər sü­­but et­­di ki, iki müs­­tə­­qil türk mən­­şə­­li di­­lin hər iki­­si­­nin ey­­ni bir ad­­la ad­­lan­­dı­­rıl­­ma­­sı özü­­nü doğ­­rult­­mur və təc­­rü­­bə­­də on­­la­­r is­­tər-is­­tə­­məz ay­­rı-ay­­rı ad­­lar­­la ad­­lan­­dır­­ılmalıdır.

Azər­bay­can 1991-ci il­də öz döv­lət müs­tə­qil­li­yi­nin bər­pa­sı­na na­il ol­duq­dan son­ra Azər­bay­can di­li öz in­ki­şa­fı­nın ye­ni mər­hə­lə­si­nə qə­dəm qoy­du, mil­li döv­lət­çi­li­yin baş­lı­ca rəmz­lə­rin­dən bi­ri ki­mi sö­zün hə­qi­qi mə­na­sın­da döv­lət di­li sta­tu­su qa­zan­dı. Bu ta­ri­xi ha­di­sə­ ölkədə aparılan dil si­ya­sə­tinin for­ma­laş­masında, ana di­li­nin döv­lət di­li ki­mi tət­bi­qi işinin möhkəmlənməsində həlledici rol oynadı. “Azər­­bay­­can di­­li” termininin re­­fe­­ren­­dum yolu ilə qə­­bul olun­­muş qa­­nun­­da təs­­diq edil­­mə­si ilə, di­­li­­mi­­zin adı ilə bağ­­lı olan al­­ter­­na­­tiv va­­ri­­ant­­la­­ra (Azər­­bay­­can türk­­cə­­si, Azə­­ri türk­­cə­­si, Azər­­bay­­can türk di­­li və s.)qəti olaraq son qo­­yul­­du və döv­lət sə­viy­yə­sin­də ana di­li­nin in­ki­şa­fı və qo­run­ma­sı is­ti­qa­mə­tin­də əhə­miy­yətli sə­nəd­lər qəbul edil­di.

– Azərbaycan dili zəngin, yoxsa kasad dildir? Rus dili də daxil olmaqla, bir çox xarici sözlərin dilimizdə qarşılığını tapmaq çətindir. Bu da kitabların, xüsusən bədii ədəbiyyatın keyfiyyətli tərcüməsində problemlər yaradır…

Azərbaycan dili zəngin bir dildir. Hazırda elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələri ilə bağlı yeni yaranan anlayışlar dilimizin daxili imkanları hesabına yaradılır. Təbii ki, elmlərin bəşəri xarakteri nəzərə alınır. Sadəcə, tərcümədə dilin zəngin söz ehtiyatından istifadə olunmalıdır. Dünya ədəbiyyatı Azərbaycan dilinə yüksək səviyyədə tərcümə olunmuşdur.

– Elm və texnologiyanın inkişafı, sosial şəbəkələrin həyatımıza girməsi ilə ingilis dilinin istifadəsi də artıb. Bu gün iş həyatında, gənclər arasında əksər sözlər ingilis dilində ifadə edilir. Bu proses dilimizin inkişafına necə təsir göstərəcək?

İngilis dili dünyada inkişaf etmiş dillərdən biridir. Qloballaşma dövründə hər bir xalq öz dilini inkişaf etdirməlidir. Bu nəzərə alınaraq, Pre­zident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qlobal­laşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçili­yin inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir.

Sənəddə qeyd olunduğu kimi, “Dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir”. Bu istiqamətdə aparılan işlər daha geniş əhatə dairəsinə malik olmalıdır. Dilin qorunması ölkəmizdə həmişə davam etdirilən bir prosesdir. Bu prosesdə Azərbaycan dilinin dünya dilləri kimi inkişaf perspektivləri istiqamətində mühüm işlər aparılmalıdır.

– Tez-tez ölkədə rus sektoru ilə bağlı müzakirələr gedir. Bəzi insanlar rus dilində tədrisin əleyhinə, digərləri lehinədir. Siz necə fikirləşirsiniz?

Rus dilində də, ingilis dilində də tədris olmalıdır. Yüksək intellektli gənclər elmin sirlərinə bələd olmaq üçün bu dillərdə yazılmış elmi, bədii əsərləri oxumalıdır. Elm sahələrinin yüksək səviyyədə öyrənilməsində bu dillərin rolu nəzərə alınmalıdır.

– Sizin fikrinizcə, bu gün Azərbaycan təhsilində əsas problemlər nələrdir?

Təhsildə əsas problemlərdən biri dərsliklərin yazılmasıdır. Dərsliklərə Azərbaycan ədəbi dilini inkişaf etdirənklassiklərin və müasir yazıçıların əsərləri daxil edilməlidir. Azərbaycan dilinin tədrisində Azərbaycan dilinə verilən saatların miqdarı artırılmalıdır. Ali məktəblərdə Azərbaycan dilinə verilən saatların azlığı tədrisin keyfiyyətinə təsir edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.

– Azərbaycan dilinin formalaşmasında ən çox rolu olan klassik yazıçılarımız sizcə kimlərdir? Müasir dövrdə dilə töhfə verə biləcək yazıçılarımız varmı?

Azərbaycan dilinin formalaşmasında, inkişafında, gələcək nəsillərə çatdırılmasında hər bir klassikin öz rolu var. Onların yaradıcılığı tədris və tədqiq olunmalıdır. Dilin inkişafında, zənginləşməsində bütün dövrlərdə şairlərin, yazıçıların rolu böyükdür. Onların yazdıqları əsərlərdə ədəbi dilin zənginlikləri ifadə olunub.

– Azərbaycan televiziya efirlərindəki dil və üslub barədə fikirləriniz necədir? Sizi qane edir?

Televiziyanın dilin təbliğində çox mühüm rolu var. Azərbaycan telekanallarında ədəbi dil qaydaları seriallarda daha çox qorunur. Təəssüf ki, bəzi şou verilişlərində ədəbi dil qaydaları qorunmur. Nəinki qorunmur, ayrı-ayrı dialektlər, loru danışıq tərzi özünü qabarıq şəkildə göstərir. İstər-istəməz fikirləşirsən ki, o fikri dilimizdə daha yaxşı formada ifadə etmək olar. Lakin şou verilişlərində fikirlər çox primitiv şəkildə ifadə edilir.

Ayrı-ayrı aparıcıların, efirdə qonaq olanların nitqinə baxsaq görərik ki, Azərbaycan dilindən uzağı 2-3 min sözü işlədirlər. Ona görə də, daha çox mütaliə etməlidirlər ki, söz ehtiyatları zəngin olsun. Efirə çıxan insanların söz ehtiyatı zəngin olmalıdır. Eyni sözləri təkrar-təkrar işlədirlər.

– Dilimizdə bəzi sözlərin yazılışıları mübahisələrə səbəb olub. Bir yerdə belə, digərində ayrı cür yazırlar. Tez-tez dəyişikliklər olur. Buna səbəb nədir?

Qrammatik qaydaların tez-tez dəyişilməsi əlbəttə ki, yaxşı hal deyil. Dil haqqında qanuna görə, orfoqrafiya qaydaları hər 5 ildən bir yenilənməlidir. Dilə daim yeni sözlər daxil olur, dildə yeni sözlər yaranır. Burada məqsəd yeni sözlərin yazılışının müəyyənləşdirilməsidir. Lakin bu o demək deyil ki, qrammatik qaydalar, ayrı-ayrı sözlərin yazılışı dəyişdirilməlidir. Lakin dilimizdə sabitləşmiş qrammatik qaydalar var ki, bunlar qorunmalıdır.

– Bu günün uşaqları daha çox türk, rus və ingilis dilində olan cizgi filmlərlə böyüyürlər. Bəzən nitqinin böyük hissəsi türk sözlərindən ibarət olan uşaqlar görürük…

Uşağın Azərbaycan dilində nitqinin, təfəkkürünün formalaşması üçün mədəniyyət adamları filmlər çəkməlidirlər. Əks halda uşaqlar ingilis, rus dilində filmlərə baxaraq onların təsiri altında böyüyürlər. Azərbaycan dilində də belə cizgi filmləri, eyni zamanda tədris məqsədli, məsələn, rəngləri öyrənmək və ya söz ehtiyatını artırmaq üçün filmlər çəkilməlidir. Bu filmlər olmadığına görə, uşaqlar dilin qaydalarını bilmir, çox az söz ehtiyatına malik olurlar.

Müsahibə üçün təşəkkürlər.

Cavidan Mirzəzadə / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #türkcəsi #Azəri #türkcəsi #kimi #versiyalara #qəti #son #qoyulub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu