Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunun Protokolu imzalandı
Bu gün Naxçıvan şəhərində keçirilmiş Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunun Protokolu imzalanıb.
Metbuat.az “Report”a istinadla xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıb.
Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.