fbpx

Azərbaycan Türkiyə və Ermənistan arasında normallaşma prosesini dəstəkləyib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycanla Türkiyənin Ermənistanla münasibətlərin normallaşmasında ortaya qoyduğu münasibət göz önündədir”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

Nazir bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan Ermənistanın etdiyi bütün qanunsuzluqlara baxmayaraq, qısa müddət ərzində Prezident İlham Əliyev açıq bəyanatla çıxış edərək bildirib ki, biz düşmənçilik səhifəsini bağlamağa və Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq.

Rüya tabirlerini burdan oku

”Eyni zamanda Azərbaycan Türkiyə və Ermənistan arasında normallaşma prosesini də dəstəklədi. Azərbaycan bu bölgənin müharibələrdən uzaq bölgə olma istəyini ortaya qoyub. Ermənistanın mövqeyi isə şübhə doğurur. Azərbaycanın sülh müqaviləsi ilə bağlı çağırışına Ermənistan 13 ay cavab verməyib. 2022-ci ilin oktyabr ayında isə sülh danışıqlarının ilk raundu keçirildi. Hazırda danışıqlar davam edir. 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bəyan etməsi 2 il yarım çəkdi. Güman edirik ki, bu sözün sənəddə də əksini tapması bu qədər uzun çəkməz”, – Ceyhun Bayramov əlavə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #Türkiyə #və #Ermənistan #arasında #normallaşma #prosesini #dəstəkləyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu