fbpx

Azərbaycan, Türkiyə və İran arasında müştərək turizm məhsulları hazırlanacaq

BEY.AZ informasiya agentliyi xəbər verir

Naxçıvan MR-nin turizm destinasiyası kimi qonşu ölkələrdə tanıdılması, sənaye nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə muxtar respublika ilə bağlı müştərək turizm məhsulları hazırlanacaq.

Metbuat.az xəbər verirt ki, bu gün Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə “Nuh diyarı – Naxçıvan” tədbiri çərçivəsində Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətləri və media nümayəndələri Naxçıvana səfər edib.

Naxçıvan Biznes Mərkəzində keçirilən açılış mərasimi çərçivəsində Azərbaycan, Türkiyə və İranı təmsil edən turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivləri qiymətləndirilib.

Həmçinin hər üç ölkəni təmsil edən assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.

Daha sonra iştirakçılar Ordubad rayonuna səfər edərək şəhər gəzintisində olublar və rayonun turizm imkanları ilə yaxından tanış olublar.

İyunun 24-dək davam edəcək səfər müddətində turizm şirkətləri və media nümayəndələri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Nuh Peyğəmbərin məzarüstü türbəsi” və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar haqda məlumatlandırılacaqlar.

Onlar, həmçinin Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olacaqlar.

İnfoturun ilk günündə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Qeyd edək ki, “Nuh diyarı – Naxçıvan” tədbiri Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında “2020-2023-cü illər üçün Birgə Fəaliyyət Planı”na əsasən keçirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin