fbpx

Azərbaycan Türkiyədə konteyner şəhərlər salacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələlərdə qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan Adıyaman, Qəhrəmanmaraş və Hatayda konteyner şəhəri salacaq.

Metbuat.az xəbər verir ki, bunu Report-a açıqlamasında “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib.

Bununla əlaqədar hazırda Adıyamanda olan H.Büyükfırat deyib ki, zəlzələ baş verən ilk andan Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandakı bütün aidiyyəti təşkilatlar səfərbər olub.

Rüya tabirlerini burdan oku

Azərbaycandan böyük miqdarda yardım gəldiyini deyən TÜİB sədri bildirib ki, hazırda ölkəmiz Türkiyənin zəlzələ baş verən bütün bölgələrinə dəstək vermək əzmindədir:

“Hazırda biz Adıyamanda 1 000 konteynerlik şəhər quracağıq. Azərbaycandan gələn TIR-ları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Adıyamandakı mərkəzinə aparırıq”.

H.Büyükfırat deyib ki, konteyner şəhərində bütün sosial təminat qurulacaq:

“Əvvəlcə Adıyamanda, daha sonra Hatay və Qəhrəmanmaraşda koordinasiyalı və tam mütəşəkkil bir sahə yaradılacaq”.

Adıyamana 4, Qəhrəmanmaraşa isə 20-yə yaxın TIR-la yardım çatdırdıqlarını vurğulayan TÜİB sədri Azərbaycandan gələn yardımların Türkiyənin Azərbaycandakı Səfirliyinin koordinasiyası ilə göndərildiyini qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #Türkiyədə #konteyner #şəhərlər #salacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu