Azərbaycan və Moldova Baş prokurorluqları arasında memorandum imzalandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün Bakıda “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #və #Moldova #Baş #prokurorluqları #arasında #memorandum #imzalandı