fbpx

Azərbaycan və Özbəkistan arasında 3 sənəd imzalandı

BEY.AZ informasiya agentliyi xəbər verir



Şuşada iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla keçirdiyi görüşdə iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi barədə müzakirə aparıb, birgə hökumətlərarası komissiyanın 12-ci iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədə əsasən iqtisadi-ticarət, enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su təsərrüfatı, turizm, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında saziş, həmçinin energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.

“Görüşdə dost Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb. Qeyd olunub ki, iqtisadi əlaqələrin inkişafında mühüm platforma olan Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da aktivləşdirilib. Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa, həmçinin, biznesin dirçəldilməsi işləri, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, özbəkistanlı investorlar ölkəmizdə yaradılan işgüzar mühitdən yararlanmağa dəvət ediliblər”, – məlumatda deyilir.

Tərəflər iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə aparıblar.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında iqtisadiyyat naziri, hökumətlərarası komissiyanın həmsədri Mikayıl Cabbarov tədbirin Şuşada təşkil olunmuş ilk hökumətlərarası komissiya iclası olduğunu vurğulayıb və Özbəkistandan olan dostlarla birgə keçirilməsindən məmnunluğunu ifadə edib. M. Cabbarov, Azərbaycan və Özbəkistan xalqlarının və ölkələrin dostluq münasibətləri, ortaq tarix, kök, ənənələr və mədəniyyətin birləşdirdiyini qeyd edib, əlaqələrin genişləndirilməsi məqsədilə reallaşdırılan tədbirlərin önəmini diqqətə çatdırıb. Bildirilib ki, Özbəkistanla qarşılıqlı faydalı əlaqələr yüksələn xətlə inkişaf edir.

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, iqtisadi-ticarət, investisiya tərəfdaşlığı genişlənir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasında dialoqun inkişafına yeni təkan verəcək. Bundan başqa, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlərdəndir.

İclasda Azərbaycanda əlverişli biznes mühiti, iqtisadi fəallığın artırılması yönündə tətbiq edilən mexanizmlər, azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya tədbirləri barədə məlumat verilib, Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəb binasının tikildiyi vurğulanıb, Qarabağın bərpasında iştirak etdiyinə görə qardaş ölkəyə minnətdarlıq ifadə olunub.

Ləziz Kudratov hökumətlərarası komissiyanın Şuşada təşkilindən məmnunluğunu ifadə edib, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Bildirilib ki, Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə daim hazırdır. L. Kudratov iki ölkə arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrini vurğulayıb, yeni əməkdaşlıq istiqamətləri, işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

İclasda iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, nəqliyyat-tranzit, sənaye, energetika, kənd təsərrüfatı, investisiya və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Azərbaycan #və #Özbəkistan #arasında #sənəd #imzalandı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin