fbpx

Azərbaycan və Portuqaliya XİN başçılarının görüşüb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Joao Qomes Kravinyo ilə görüşüb.Metbuat.az xəbər verir ki, görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib, ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd ediblər. Görüş zamanı, o cümlədən Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub.
Nazir ölkələrimiz arasında ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Həmçinin, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.C.Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verib, habelə davam edən mina təhdidlərini qarşı tərəfin diqqətinə çatdırıb.Joao Qomes Kravinyo ölkəsinin Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #və #Portuqaliya #XİN #başçılarının #görüşüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu