fbpx

Azərbaycan və Qambiya XİN başçılarının görüşü olub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb.

Xaici İşlər Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, nazirlər ikitərəfli və çoxtərəfli müstıvilərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Qambiya naziri Azərbaycanda 2020-ci ildə səfərdə olduğunu və keçirilən yüksək səviyyəli görüşləri məmnunluqla xatırlayıb. İki ölkə arasında təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Rüya tabirlerini burdan oku

Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə edilib.

Azərbaycan hökuməti tərəfindən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə təhsil təqaüdünün ayrıldığı və bu çərçivədə, Qambiya gənclərinin də bu təqaüdlərdən faydalanmaq imkanları xüsusilə qeyd edilib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri ətrafında fikir mübadiləsi aparıblar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu