fbpx

Azərbaycan və Türkiyən orduları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Baş Qərargahında təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin Baş qərargah rəisləri fəxri qarovulun önündən keçiblər. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Rüya tabirlerini burdan oku

Ordu generalı M.Gürak protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı ilə görüşüb.

Qonaqları salamlayan general-polkovnik K.Vəliyev ordu generalı M.Gürakı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onu və rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

General-polkovnik K.Vəliyev “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı türkiyəli həmkarına başsağlığı verib.

Qardaş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyi xüsusi vurğulanıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən ordu generalı Metin Gürak Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ilk olaraq Azərbaycana rəsmi səfərindən məmnunluğunu bildirib. Ordu generalı M.Gürak Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə cari ildə və 2024-cü ildə keçirilməsi planlaşdırılan birgə tədbirlərin əhəmiyyətini qeyd edib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticələri müzakirə olunub, bu fəaliyyətlərin daha intensiv şəkildə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #və #Türkiyən #orduları #arasında #əməkdaşlıq #məsələləri #müzakirə #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu