Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin iclası keçirilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilib.
AVF-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, toplantıda Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin üzvləri, federasiya nümayəndələri və milli komandaların məşqçi, menecer və həkim heyəti iştirak ediblər.
İclasda qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.
Cavid Qurbanov bildirib ki, voleybol hər zaman ölkədə sevilən idman növlərindən olub. Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq, ölkə çempionatının təşkilini xatırladan federasiya rəhbəri klubların heyətində yer alan oyunçuların əksəriyyətində gənclərin olmasını sevindirici hal kimi qiymətləndirib. O, voleybolu bölgələrdə də inkişaf etdirmək, gənc qız və oğlanlar üçün lazımı şərait yaradılması barədə tapşırıqlarını verib.
AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Cəlil Cəfərov, Əbülfəz Hüseynov və baş katib Fərid Xəlilov görülən işlər haqqında məlumat veriblər. Milli komandaların baş məşqçiləri, həkimlər isə oyunçuların hazırkı durumu və təlim-məşq toplanışlarının necə keçdiyindən danışıblar. Onlar hazırlığın proqramını qurumun prezidentinə təqdim ediblər.
Qurbanov çıxışları dinlədikdən sonra bildirib ki, idmançı olmaq çox çətin və şərəflidir: “Bu gün əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etməkdir. Çalışmalıyıq ki, milli komandalarımızla bərabər gənclərimiz və klublarımız da yaxşı formada olsunlar”.
Bölgələrdə voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı göstərişlər verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.