fbpx

Azərbaycan xalqı 28 May Dövlət Müstəqilliyi Günü ilə bağlı nə düşünür?

BEY.AZ informasiya agentliyi xəbər verir

Sosial Tədqiqatlar Mərkəzi Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətini icra etməklə yanaşı, ölkədə baş verən ictimai-siyasi, iqtisadi, mənəvi və digər sahələrdə baş verən prosesləri, yeni tendensiyaları öyrənməyə davam edir, mühüm sahələrdə yaşanan yeni dəyişmələr haqqında sorğular keçirir, ictimai rəyi ölçür və ictimaiyyətə, müvafiq hökumət qurumlarına açıq və qapalı arayışlar təqdim edir.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Milli Məclis 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq öz mahiyyətinə və məzmununa uyğun mayın 28-ni Dövlət Müstəqilliyi Günü, oktyabrın 18-ni Dövlət Müstəqilliyinin Bərpası Günü elan edib.

Sosial Tədqiqatlar Mərkəzi növbəti dəfə müstəqilliyin əldə edilməsi və bərpası ilə bağlı tarixi günlərin ideoloji, ictimai-siyasi əhəmiyyəti və bu barədə əhalinin məlumatlılıq səviyyəsinə dair repondentlər arasında qısa sorğu keçirib.

Sorğu çərçivəsində Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonlarını əhatə etməklə 386 respondentin rəyi öyrənilib. 386 respondent seçmənin reprezentativliyini təmin edir. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Sorğunun keçirilməsində telefon müsahibəsi üsulundan istifadə olunub. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Belə ki, müasir sorğu proqramı SurveyToGo proqramından istifadə edilib.

Bu sorğuda iştirak edən repondentlərin yarıya yaxını (73,7%) ötən ilin oktyabrında Dövlət Müstəqilliyi Günü haqqında qanun layihəsində mayın 28-nin müstəqillik günü, oktyabrın 18-nin müstəqilliyin bərpası günü elan edilməsi ilə bağlı qəbul edilən qərar haqqında məlumatlı olduğunu bildirib. 26,3% respondent isə bəhs edilən qərar barədə məlumatsızdır.

Keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin milli müstəqilliyin ictimai-siyasi əhəmiyyətinə dair mövqeləri maraqlıdır. Respondentlərə bir neçə cavab variantını seçmək imkanının təqdim edildiyi bu sualda mühüm bir hissənin (64,3%) rəyində milli müstəqillik – güclü lideri, güclü ordunu, 57%-nin mövqeyində isə müstəqil və qalib Azərbaycan gəncliyini, həmçinin təxminən eyni sayda respondentin(57,3%) nəzərində ərazi bütövlüyünü və Qarabağın azad edilməsini ifadə edir. Respondentlərin təxminən yarısı (41,5%) milli müstəqilliyin onlar üçün dövlət rəmzləri – bayraq, gerb və himni ifadə etdiyini bildirib.Hər üç nəfərdən birinin düşüncəsində milli müstəqillik milli kimliyi ifadə edir.

Eyni kontekstdə respondentlərə bir neçə cavab variantını seçmək imkanını təqdim edən “Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü arasında nə kimi bağlılıq var?” sualının deskriptiv təhlilinə əsasən, respondentlərin əhəmiyyətli hissəsi, 63,5%-i bunu ərazi bütövlüyünün yenidən bərpası ilə əlaqələndirib. Hər üç nəfərdən biri sözügedən tarixi günlərin dövlət rəmzləri: bayraq, gerb və himnin yenidən bərpası, hər dörd nəfərdən biri isə tarixi varislik və milli dövlətçilik nöqteyi-nəzərindən bağlı olduğu mövqeyini ifadə edib.

Sorğu çərçivəsində respondentlərə ünvanlanmış “Sizcə hazırkı dövrdə öz müstəqilliyini qorumaq hansı dövlətlər üçün daha asandır?” sualına respondentlərin cavablarının təhlili aşağıdakı nəticələri doğurur. Metodoloji aspektdənrespondentlərə bir neçə cavab variantını seçmək imkanının təqdim edildiyi sorğu nəticələrinin təhlilinə əsasən, rəyi öyrənilənlərin əhəmiyyətli hissəsi (66,6%) hazırkı dövrdə ordusu və silahı güclü olan dövlətlərin öz müstəqilliyini daha asan qoruduğunu hesab edirlər.

Həmçinin mühüm bir hissə iqtisadi-maliyyə baxımından güclü olan (59,3%) və siyasi-iqtisadi sabitliyi təmin edən liderə sahib olan dövlətlərin (56,2%) hazırkı dövrdə müstəqilliklərini daha asan qoruya bildiyi fikri ilə çıxış edib. Hər dörd respondentdən biri dövlətlərin müstəqilliyinin qorunmasında mühüm amil kimi xarici siyasət kursunda balans yaratmağı önə çəkir. Təxminən eyni sayda respondentin rəyində sözügedən istiqamət qonşu dövləti güclü olub, ona qarşı güclü müttəfiqi olan dövlətlər (18,9%), eləcə də dünya miqyaslı şirkətlərdən və maliyyə korporasiyalarından asılı olmayan dövlətlər (17,9%) amili ilə izah edilir. 7,8% respondentin isə bu barədə heç bir fikri yoxdur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin