fbpx

Azərbaycan xaricdə patentləşdirilən ixtiranın xərclərinin yarısını ödəyəcək

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan vətəndaşlarının xaricdə patentləşdirdiyi ixtiranın xərclərinin yarısı dövlət tərəfindən qarşılanacaq.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.

Rüya tabirlerini burdan oku

Nazirlər Kabineti isə xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu