fbpx

Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın Azərvaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinə cavabında qeyd edib:

“25 mart 2022-ci il tarixində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlə bağlı Dövlət Departamentinin rəsmisinin diqqətinə çatdırırıq ki, Ermənistanın Azərvaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb.

Rüya tabirlerini burdan oku

Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur.

Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır.

Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir”,- deyə XİN bildirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu