Azərbaycan XİN Türkiyədə törədilən terror aktını pisləyib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.
Metbuat.az-ın məlumatına görə, bu barədə XİN-in tviter səhifəsində bildirilib.
“Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır”, – paylaşımda qeyd olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.