fbpx

Azərbaycan “yaşıl” enerji ixracının mənbəyi olacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

“İki gün sonra Qarabağın incisi Şuşada iri həcmli yaşıl” enerji layihələri üzrə yeni müqaviləyə imza atacağıq”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov 27-ci “Bakı Enerji Forumu”nda çıxışında deyib.

“Belə davamlı təşəbbüslər Azərbaycan Prezidentinin ölkənin inkişafında bərpa olunan enerji mənbələrini strateji prioritet kimi təsbit edən “yaşıl” enerji kursuna qısa müddətdə beynəlxalq marağın göstəricisidir. Azad edilmiş ərazilərin zəngin bərpa olunan enerji potensialının “sıfır emissiya”lı “yaşıl” enerji zonası konsepsiyasında istifadəsi çağırışına investorların adekvat reaksiyasıdır.”

Rüya tabirlerini burdan oku

Çıxışda Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzinin tamamilə bərpa olunan enerjidən istifadəyə əsaslanan “yaşıl” enerji zonası kimi Qarabağ-Şərqi Zəngəzur və 157 QVt-lıq külək enerjisi potensialı olan Xəzər dənizinin üzərinə düşdüyü, bu geostrateji əhəmiyyətli məkanların Azərbaycanın həm də “yaşıl” enerji ixracının mənbəyi olacağı qeyd edilib. İxrac marşrutları qismində Zəngəzur dəhlizi, Qara dəniz üzərindən planlaşdırılan yeni ötürücü xətlərdən bəhs edilib. Azərbaycanın enerji sahəsində çoxistiqamətli islahatlarla dəstəklənən “yaşıl” gündəliyinin qlobal inkişaf meyilləri ilə uzlaşdığını deyən nazir bildirib ki,Azərbaycan irəlidə qənaət ediləcək qazın, “yaşıl enerji” və “təmiz” hidrogenin ixracı sayəsində qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirən ölkə olacaqdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu