fbpx

Azərbaycan yaşlı qitənin etibarlı enerji tərəfdaşıdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İqtisadi proqnozlara görə, 2023-cü ildə qlobal artım kəskin şəkildə yavaşlayaraq hətta 2009 və 2020-ci illərdəki qlobal tənəzzüllərin kölgəsində qala bilər. İqtisadçı ekspertlərin qənaətinə görə, bu il qlobal iqtisadiyyat canlanmadan əvvəl yavaşlamağa hazırlaşır. İnflyasiyaya qarşı mübarizə və Rusiyanın Ukraynadakı müharibəsi aktivliyə təsir etdiyindən, artım tarixi standartlara görə zəif olaraq qalacaq.

Bu barədə Metbuat.az Almaniyanin “Commerz” Bankının Maliyyə və Riskin Idarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov ilə müsahibə aparıb.

Rüya tabirlerini burdan oku

Murad Calalov

– Murad bəy, dünyanın tanınmış iqtisadi yazarları qarşıladığımız 2023-cü illə bağlı heç də ürəkaçan proqnozlar vermirlər. Siz necə düşünürsünüz, bu il qlobal iqtisadiyyatı hansısa inkişaf xətti gözləyirmi?

“İstər Azərbaycanın, istərsə də dünya üzrə bu proqnozlara münasibət bildirsək öncə qeyd etməliyik ki, demək olar ki, əsas ssenari eynidir. Bildiyiniz kimi, bir neçə il öncə başlayan Covid-19 pandemiyasının əsas təsirləri, inflyasiya həmçinin Rusiya-Ukrayna arasındakı müharibə iqtisadi baxımdan qlobal iqtisadiyyatın inkişafına böyük təsir göstərdi. Bu proses hal-hazırda da davam edir. Ümumi statistikaya nəzər salanda görmək olur ki, son 20 il ərzində ən böyük qırılmalardan biri 2008-ci ildə baş vermişdi. 2008-ci ildə baş verən iqtisadi qırılmada inflyasiya səviyyəsi təqribi olaraq altı faizin üzərində idi. Amma indiki dövrdə səkkiz faiz dən yuxarıdadır. Biz bunu 2023-cü ilin ilk rübündə də görə bilərik. Artan xətt üzrə yüksələn inflyasiya cari ilin ilk rübündən sonra aşağı düşə bilər. İqtisadiyyatda inflyasiyanın zaman çərçivəsi var. O da təqribi olaraq bir il çəkir. Hər hansısa bir iqtisadi problem yaranarsa, inflyasiya bir il davam edir. Əgər həmin iqtisadi problem öz axarını tapıb düzələrsə, artıq inflyasiya faizi getdikcə azalır və normallaşır”.


– Murad bəy, bildiyiniz kimi daha yüksək inflyasiya, daha da sərt siyasət, maliyyə stressi və ya artan geosiyasi gərginlik kimi mənfi şoklar qlobal iqtisadiyyatı tənəzzülə sürükləyə bilər. Bəs belə olan halda hansı alternativ tənzimləyici mexanizmlər işə düşməlidir?

“İnflyasiyanın qarşısını almaqdan ötrü mərkəzi banklar məcburdurlar ki, faiz dərəcələrini artırsınlar. Yəni öz qanun qaydalarını bu formada sərtləşdirsinlər. Avropada da Avropa Mərkəzi Bankının üzərinə böyük yük düşür. Bir tərəfdən inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrinin artırılması, digər tərəfdən isə faiz dərəcəsinin artdığına görə artan kredit faizləri, onların şərtləri həmçinin digər sahələr üzrə qiymət artımları balans saxlamaq kimi addımlar tələb edir. Bu da çox vaxt mümkün olmur. İndiki dövr üçün belə addımların atılması çox çətindir, çünki pandemiyanın təsirlərindən inflyasiyaya gedilmişdisə, onun balanslaşdırılması, kompensasiya olunması üçün digər yollara əl atmaq olurdu. Amma indiki dövrdə Rusiya ilə Ukrayna arasında gedən müharibədə artıq tərəflilik baş verdiyinə görə ölkələr arasında birliklər də pozulmuş olur. Məsəl üçün, bildiyiniz kimi, həm Rusiyanın, həm Ukraynanın istər yerüstü, istərsə də yeraltı sərvətləri daha çoxdur. Rusiya və Ukrayna əsas taxıl, buğda ixracatçısı kimi Avropa və digər ölkələrə taxıllı bitkilər idxal edirdilər. Ukraynada müharibə səbəbindən ixracın dayanması digər ölkələrə idxal potensialını da aşağı saldı. Nəticədə nəyin ki, inkişaf etmiş ölkələrdə qiymət artımı baş verdi, bu vəziyyət geridə qalmış ölkələrin iflic vəziyyətdə olan iqtisadiyyatlarını daha da geriyə göndərdi”.

– Avropa, xüsusən də Almaniya, enerji ehtiyaclarını ödəmək üçün Rusiya qazından asılı vəziyyətdi idi. “Şimal axını 1” daha əvvəl Almaniyaya qazın böyük hissəsini Rusiyadan təmin edirdi. Avropanın Rusiyaya qarşı təzyiq rçarqları nəticəsində bu qış qitənin enerji təminatı yolu kimi seçdiyi alternativ enerji siyasəti özünü nə qədər doğrulda bildi?

“Məlumdur ki, hələ Avropa işığa və istiliyə qənaət siyasətini hələ uzun müddət bundan əvvəl başlamışdı. Bunun üçün fabriklərin və krematoriyaların sobalarını, eləcə də küçələrin və vitrinlərin işıqlarını da söndürmüşdülər. Bütün bunlar Kremlin hələ Ukraynanın işğalından əvvəl Aİ-yə qarşı açdığı qaz müharibəsində sağ qalmaq üçün idi. Sanksiyalardan sonra daha böyük təsir neft qazın ixracı ilə bağlı oldu. “Şimal axını-2” layihəsi vasitəsi ilə Rusiya öz neftini, qazını Baltik dənizi vasitəsilə birbaşa Avropaya, daha doğrusu Almaniyanın Frankfurt Oder şəhərinə qədər göndərirdi. Almaniya Rusiyanın Ukraynanın şərqindəki iki separatçı bölgəni rəsmən tanımasından sonra Rusiya qazının Almaniyaya birbaşa axınını ikiqat artırmaq üçün nəzərdə tutulan “Şimal axını-2” Baltik dənizi qaz kəməri layihəsini dayandırdı. Bu da Avropaya çox böyük zərbə oldu. 11 milyard dollar dəyərində Avropanın ən bölücü enerji layihəsi sentyabrda başa çatdı, lakin Almaniya və Avropa İttifaqı tərəfindən sertifikatlaşdırılana qədər boş dayandı. Boru kəməri, pandemiyadan sonrakı daha geniş yaşayış böhranı şəraitində rekord enerji qiymətləri ilə üzləşən avropalı istehlakçıların iqtisadi çətinliyini yumuşaltmaq, hökumətlərə təzyiqi azaltmaq üçün qurulmuşdu. Buna baxmayaraq, Avropa dövlətləri birlik təşkil etmək istədilər ki, Rusiya neftin birdəfəlik olaraq veto qoyulsun. Vəziyyətdən çıxış yolu kimi, bərpa olunan enerjilərdən istifadə etməyə başladılar. Amma bərpa olunan enerjilərin çox olması o demək deyil ki, artıq bütün sahələrdə ondan istifadə etmək olar. Çünki o sistemə tam keçmək üçün böyük bir zaman lazımdır. Bu addımdan sonra Avropa qərar verdi ki, alternativ olaraq digər ölkələrdən yanacaq idxal edərək problemi həll etsin”.

– Murad bəy, Avropanın enerji dayanıqlığını təmin edən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizin yaşlı qitənin enerji təhlükəsizliyindəki payını necə qiymətləndirirsiniz?

“Bildiyiniz kimi, 2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen Azərbaycana səfər etdi. Müzakirələrdən sonra, Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu imzalandı. Müqaviləyə əsasən tərəflər 2023-cü ildə qaz nəqlinin həcmini 12 milyard kub metrə, növbəti illərdə isə 20 milyard kub metrə çatdırmağı hədəfləyiblər. Bu memarandumun imzalanması ilə Azərbaycan Avropanı “bataqlıqdan” çıxardı. Ümumiyyətlə Azərbaycanla Avropa Birliyi arasındakı yeni qaz sazişi hər iki tərəf üçün çox önəmlidir. İndiki qaz, enerji böhranında alternativ enerji mənbələrinin çoxaldılması, çoxşaxəli təhcizat modellərinə keçid Avropa Birliyi üçün həyatı əhəmiyyət kəsb edir. Azərbaycan üçün də önəmlidi. Çünki əlavə investisiyalar cəlb olunacaq, həm də Avropa Birliyi ilə əməkdaşlığı ilə genişləndirilməsi Azərbaycana yeni investisiyaların, texnologiyaların, Avropa Birliyi ilə əməkdaşlığın əlaqələrin daha da genişlənməsinə səbəb olan faktora çevriləcək.

İlin sonunadək “Şahdəniz” qaz-kondensat yatağında hasilatın ildə 26 milyard kubmetr pik həddinə çatacağı gözlənilir. Bu istehsal həcmlərinin bir müddət saxlanılması planlaşdırılır. Xatırladaq ki, “Şahdəniz” Azərbaycanın ən böyük qaz yatağıdır. Onun ehtiyatları 1 trilyon kubmetr qiymətləndirilir və ixrac olunan qazın böyük hissəsi onun payına düşür. Qeyd edək ki, ötən il “Şahdəniz” yatağından hasilat 22,7 milyard kubmetr qaz təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 27,1% çoxdur. Ümumilikdə Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə yaxındır. Yəni, Azərbaycanın həm Avropaya qaz tədarükünü artırmaq, həm də artan daxili, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tələbatı ödəmək potensialı var”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #yaşlı #qitənin #etibarlı #enerji #tərəfdaşıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu