Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı dəqiqləşib
BEY.AZ informasiya agentliyi xəbər verir
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların vaxtı və yeri dəqiqləşib.
Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, II dövrənin sonuncu turu martın 10-da “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq.
X tura saat 15:00-da “Sərhədçi” – “Murov” görüşü ilə start veriləcək. Dövrənin son matçı isə 2 saat sonra başlayacaq. Həmin görüşdə “Neftçi” “Ekspress”i sınağa çəkəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.