Azərbaycana gətirilən avtomobildə nasazlıq çıxarsa, geri çağırılır?
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən il Koreya istehsalı olan 400 mindən çox avtomobil müxtəlif nasazlıqlar səbəbindən geri çağırılıb. Həmçinin Almaniya, Yaponiya, Amerika və digər nəhəng avtomobil istehsalçısı olan dövlətlər də bəzi nəqliyyat vasitələrinin istismarını dayandırıblar. Nasazlıqlar isə daha çox təhlükəsizlik kəmərləri, əyləc və elektrik sistemlərində olub. Bəs bu proses Azərbaycanda da icra olunmurmu?
Metbuat.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, geriçağırılma zamanı avtomobillər istehsalçı zavoda deyil, şirkətlərin ölkələrdəki nümayəndəliklərinə dəvət olunur. Azərbaycanda da bundan yararlanmaq mümkündür. Onun sözlərinə görə, nasazlıq aşkar edilən avtomobil satış mərkəzlərinə, yerli dilerlərə gətirilməli və problem istehsalçının hesabına aradan qaldırılmalıdır.
Eldəniz Cəfərov bildirir ki, nəqliyyat vasitəsinin istehsalçı zavod tərəfindən geri qaytarılaraq təmir edilməsi üçün həmin ölkədə rəsmi nümayəndəliyin olması mütləqdir.
Avtomobil ustası İlham Ağayev isə zavod səhvi nasazlıqlarının daha çox elektrik sistemi ilə bağlı olduğunu deyir. Nəticədə istismara yeni buraxılan nəqliyyat vasitələrində qısaqapanma baş verir ki, bu da avtomobilin yanması ilə nəticələnir.
İlham Ağayevin sözlərinə görə, bəzi hallarda həmin avtomobillər naşı ustalar tərəfindən qeyri-peşəkar şəkildə təmir edilir. Bu isə nəqliyyat vasitələrinin alışma riskini daha da çoxaldır.
İlham Ağayev onu da bildirib ki, istər yeni, istərsə də ikinci əl avtomobillərə sonradan əlavə avadanlıqlar, xüsusilə pult sistemi quraşıdırılarkən diqqətli olmaq lazımdır. Əks təqdirdə bədbəxt hadisələr qaçılmaz olar.
Xezerxeber.az “Xəbər Ertəsi”nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycana #gətirilən #avtomobildə #nasazlıq #çıxarsa #geri #çağırılır