fbpx

Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 67 faiz artıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Son iki ildə avtomobil nəqliyyatının ölkənin xidmət ixracında rolu ciddi artıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, 2023-cü ilin ilk yarısında ölkədə Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 122 min 49 olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67% çoxdur.

Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası müşahidə edilir. Azərbaycan daşıyıcıları 2022-ci ilin yanvar-iyun ayında 14 min 151 ədəd 3-cü ölkə daşımaları (xarici ölkədən digər xarici ölkəyə) həyata keçirib. 2023-cü ilin müvafiq dövründə bu göstərici 27 min 743 olub.

2022-ci ildə 3-cü ölkə daşımaları üzrə Azərbaycan daşıyıcılarının həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 6% olub. 2023-cü ilin tək 6 ayında bu göstərici 9.4%-ə çatıb. AYNA-nın hesablamalarına görə, cari ilin ilk yarısında 3-cü ölkə beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 166 milyon 500 min dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Rüya tabirlerini burdan oku

2022-ci ildə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımalar üzrə həyata keçirdiyi daşımaların qeyri-neft ixracına nisbəti 15,5% ilə yekunlaşıb. Bu ilin təkcə 6 ayında analoji göstərici 21,5% təşkil edib. 2023-cü ilin ilk yarısında ikitərəfli beynəlxalq yük daşımaları üzrə xidmətlərin ixracı 377 milyon 200 min dollar səviyyəsində qiymətləndirilir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.

Ümumilikdə qeyri-neft ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan Azərbaycana məxsus avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaların yaratdığı gəlir 2023-cü ilin 6 ayında 543 milyon 700 min dollar səviyyəsində qiymətləndirilir. Bunun da qeyri-neft ixracına nisbəti 30,7 faiz edir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycana #məxsus #avtomobil #nəqliyyatı #ilə #beynəlxalq #yük #daşımaları #faiz #artıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu