Azərbaycana turist axını kəskin artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 330 679 turist səfər edib.
Bu barədə Metbuat.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib. Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. İlk dörd aylıq göstəricinin 84 402-si aprel ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 84,4 % çoxdur.
2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında 2021-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 105 %, 112 %, 112 % və 84 % artım qeydə alınsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 61 %, 56 %, 61 % və 64 % geriləmə olub. Başqa sözlə, turist sektoru koronavirus (COVID-19) pandemiyasından əvvəlki göstəricini bərpa edə bilməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.