fbpx

Azərbaycana üçüncü güclərin vasitəçilik təşəbbüsləri lazımdırmı?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Cənubi Qafqazda ABŞ-la Rusiya arasında mübarizədə hər iki tərəf regiondakı təsir gücünü artırmaq istəyir. Bunun üçün əvvəllər Qarabağ problemindən istifadə edilirdisə, indi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsi əsas “kartdır” ”.

Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Kənan Novruzov deyib. O hesab edir ki, həm Moskva, həm də Vaşinqton başa düşür ki, Qarabağ problemi artıq həll olunub və Azərbaycanın prioriteti Ermənistanla yekun sülh müqaviləsinin imzalanması və regionda sabitliyin təmin olunmasıdır.

Regionda maraqları olan bütün tərəflər, o cümlədən Kreml və Ağ ev Azərbaycanın bu qayğıları ilə hesablaşmalıdırlar. Əlbəttə, əks halda onlar istəklərinə nail ola bilməzlər.
Sözsüz ki, ABŞ səmimi deyil. Əks halda indiyədək çoxdan Qarabağ məsələsinin həllinə nail olmuşdu. Vaşinqtonu düşündürən yeganə məsələ Cənubi Qafqazdakı maraqlarıdır. Bu mənada nə Blinkenin, nə də Praysın qulağaxoş açıqlamalarına bənd olmalıyıq.
Fikrimcə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysın açıqlamasında Aİ-nin adını çəkməsi təsadüfi deyil. Çünki ABŞ başa düşür ki, indi Ermənistanla Azərbaycan arasında ən real vasitəçi məhz Aİ-dir.

Rüya tabirlerini burdan oku

Kənan Novruzov bildirib ki, Brüsselin vasitəçilik təşəbbüslərinin konkret nəticələri də var.
Bundan başqa, sözçünün bu məsələdə Bakı və İrəvanın iradəsini xüsusi qeyd etməsi də siyasi manevrdir.

“O, beləlliklə, ABŞ-ın tərəflərin mövqelərinə, atdığı və atacağı addımlara hörmətlə yanaşdığını diqqətə çatdırmaq istəyib. Şübhəsiz, Vaşinqton həm də Bakı və İrəvanı özlərinin səmimiliyinə inandırmaq istəyir.
Əvvəllər də dediyimiz kimi, üçüncü güclərin vasitəçilik təşəbbüsləri bizim üçün əlavə fürsətlər yaradır. Biz bu səylərdən öz maraqlarımızın təmin olunması üçün istifadə edə bilərik. Xüsusilə nəzərə almaq lazımdır ki, həm Aİ, həm ABŞ, həm də Rusiya Azərbaycanın regionda əsas siyasi aktor olduğunu bilir və bunu qəbul edirlər. Bu, onu deməyə əsas verir ki, onlar rəsmi Bakının maraqlarını görməzdən gələ bilməzlər.
İndiki halda diqqət edilməsi ən vacib məqamlar çoxvektorlu, balanslı siyasət nəticəsində regional maraqlarımızın təmin olunması ilə yanaşı, həm də üçüncü güclərin bölgədə möhkəmlənməsinin və onların ehtimal edilən diktə cəhdlərinin qarşısının alınmasıdır”.

Məlumat üçün qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib ki, Ağ ev Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviq edilməsinə sadiqliyini davam etdirir. Onun sözlərinə görə, ABŞ, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirir. Ned Prays, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlərini xatırladıb:

“Bildiyiniz kimi, bir neçə dəfə dövlət katibinin özünün Ermənistan və Azərbaycandan olan tərəfdaşlarını, həmkarlarını bir araya gətirmək imkanı olub. Təhlükəsiz sabit, demokratik, firavan və dinc Cənubi Qafqaz regionu ilə bağlı vizyona doğru irəliləmək üçün bizə görə ən yaxşı perspektivlərə malik olan addımları atmağa davam edəcəyik. Biz, əlbəttə ki, tərəflərin özlərinin irəliləyiş əldə etməsini istəyirik. Bu məsələnin hərtərəfli həllinin necə olduğunu izah etmək bizə düşməz. Bu, tərəflərin özlərinin görəcəyi çətin bir işdir”- Ned Prays vurğulayıb.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycana #üçüncü #güclərin #vasitəçilik #təşəbbüsləri #lazımdırmı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu