Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 % artaraq 4 milyard 189,6 milyon manat təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bunun 3 milyard 132,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 74,8 %-ni təşkil edib.
6 ay ərzində hər bir ölkə sakini orta hesabla 416,9 manatlıq və yaxud 1 il əvvələ nisbətən 63,7 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.