Azərbaycanda 1 dollar 20 min manata satılır
BEY.AZ informasiya agentliyi xəbər verir
Son günlər 1 dollarlıq əskinaslar elan saytlarında kütləvi satışa çıxarılıb.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə, xüsusən “TikTok”da da bu cür elanlara rast gəlmək mümkündür.
Bəzi profillər vasitəsiylə paylaşımlar edilərək bir neçə il əvvəl tədavülə buraxılmış bir dolları 500, 1000, 2000 manata ala biləcəklərini qeyd edirlər.
Elan saytlarında isə müxtəlif illərdə dövriyəyə buraxılan əskinasların dəyəri 100-20 min manat arasında dəyişir.
İddialara görə, sözügedən əskinasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın “Twitter”dəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov da “Xəzər Xəbər”ə açıqlama verib. O deyib ki, bu tendensiyanın heç bir iqtisadi əsası yoxdur.
Ekspert hesab edir ki, bir dollarlıq əskinas az olduğundan bəzi iş adamları buna simvolik dəyər verirlər:
“Bir müddət sonra bu qiymətlə bağlı göstəricilər kəskin şəkildə dəyişəcək. Heç bir iqtisadi və maliyyə dəyəri olmayan bir prosesdir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.