fbpx

Azərbaycanda 17 milyon manat ƏDV məbləği geri qaytarılıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Bu günə qədər Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə 4 761 müraciət üzrə 17,2 milyon manata yaxın ƏDV məbləği vətəndaşlara geri qaytarılıb.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bundan başqa, qurum bəyan edib ki, vətəndaşların aldığı əmlaka görə ödənilmiş ƏDV-nin qaytarılması zamanı bir sıra hallarda ərizələrdə bank rekvizitlərinin yanlış göstərilməsi və yaxud hesabların başqa şəxslərə aid olması kimi faktlara rast gəlinir. Bu isə ƏDV məbləğinin bir hissəsinin göstərilən hesablara köçürülməsi zamanı problemlər yaradır. Nəticədə, yaranmış çətinliklər əlavə inzibati yükə səbəb olur və vətəndaş məmnuniyyətinin azalmasına gətirir.

Bu səbəbdən ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı inzibatçılıqda müvafiq dəyişiklik edilib. Artıq vergi orqanından vəsaitin köçürülməsi barədə müvəkkil banka sorğu daxil olduqda vəsaitlər fiziki şəxsin müvəkkil bankda olan virtual “ƏDV Geri Al” hesabına köçürülür, bank məlumatlarının daxil edilməsinə zərurət yaranmır. Müvəkkil bankda virtual “ƏDV Geri Al” hesabı olmayan vətəndaşlar isə ərizə ilə müraciət edərkən müvafiq link vasitəsilə həmin hesabı yarada biləcəklər.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #milyon #manat #ƏDV #məbləği #geri #qaytarılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu