Azərbaycanda 5 səhmdar cəmiyyətinin səhm paketi hərraca çıxarılacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti avqustun 2-də və 9-da dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclar keçiləcək.
Metbuat.az-a qurumun mətbuat xidmətindən verilən xəbərə görə, ilk hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, növbəti hərraca isə 7 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili və 17 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Belə ki, onların arasında kafe, yardımçı təsərrüfat, mağaza, kənd klubu, anbar, yeraltı dayanacaq və digər təyinatlı obyektlər vardır. Satışa çıxarılacaq müəssisə və obyektlər paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə bu obyektlərin əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2011-ci illəri əhatə edir.
Dövlət əmlaklarının tam siyahısı ilə burada tanış olmaq mümkündür. (
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.