fbpx

Azərbaycanda alternativ maliyyələşmə mənbələri yaradılacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Azərbaycanda kiçik və orta sahibkarların daha sərfəli kredit şərtlərinə əlçatanlığı üçün alternativ maliyyələşmə mənbələri yaradılacaq

Metbuat.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, maliyyə sektoru üzrə strateji hədəflər Azərbaycanın “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilib.

“Strategiya ölkədə maliyyə vasitəçiliyinin genişləndirilməsi, maliyyə xidmətlərinə sağlam tələbin formalaşdırılması və real sektorun maliyyələşmə kanallarının şaxələndirilməsinə hədəflənib. AMB və digər aidiyyəti təşkilatlar, o cümlədən İqtisadiyyat Nazirliyi və “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi maliyyә sektoru ekosisteminin hərtərəfli diaqnostikasını aparıb, strateji baxış və geniş spektrli təşəbbüslər formalaşdırıb.

Rüya tabirlerini burdan oku

Hazırda həmin təşəbbüslərin realizasiyası işlər aparılır. Belə təşəbbüslərə misal olaraq ölkədə alternativ maliyyələşmə kanallarının genişləndirilməsi, MKOB-lar üzrə informasiya asimmetriyasının azaldılması və digər tədbirlər daxildir. Ümumilikdə, həyata keçirilən təşəbbüslər ölkədə maliyyə inklüzivliyinə müsbət təsir etməklə fərdi şəxslər və real sektorun keyfiyyətli maliyyə xidmətləri ilə təminatının artırılmasını təmin edərək son nəticədə iqtisadi inkişafa və məşğulluğa xidmət edəcək”, – deyə qurum bəyan edib.

Azərbaycanın regionlarında kiçik və orta sahibkarların daha sərfəli kredit şərtlərinə əlçatanlığını formalaşdırmaq üçün xüsusi proqramın hazırlandığını “Report”a açıqlamasında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev bildirib. Onun sözlərinə görə, KOB sahəsi ən vacib seqmentlərdən biridir: “AMB, İqtisadiyyat Nazirliyi və AMB birlikdə bu mövzu ilə bağlı işlər görürlər. İnanırıq ki, bu proqram sayəsində kreditlər kiçik və orta sahibkarlara daha sərfəli şərtlərlə təqdim olunacaq. İlin sonuna kimi bu proqramın icrasına başlanacağı gözlənilir”.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #alternativ #maliyyələşmə #mənbələri #yaradılacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu