Azərbaycanda anadan olmuş rus aktyor vəfat edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın Əməkdar artisti Gennadi Mitrofanov 81 yaşında vəfat edib.
Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Karlar Cəmiyyətinin saytında məlumat verilib.
Aktyorun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi deyilir.
Gennadi Mitrofanov 1940-cı ildə Lənkəran rayonunun Liman şəhərində doğulub. O, iki yaşından eşitmə qabiliyyətini itirib.
G.Mitrofanov bir sıra teatr tamaşalarında və filmlərdə oynayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.