fbpx

Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu yanvar-fevral aylarında Azərbaycanda 895,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 1,9 % artaraq 46,4 milyon manat, heyvandarlıq məhsulların dəyəri isə 3,4 % artaraq 849,2 milyon manat təşkil edib.

Rüya tabirlerini burdan oku

Martın 1-nə qədər Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə sair bitkilər əkilib. Təsərrüfatlarda yanvar-fevral aylarında 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8 % çox tərəvəz məhsulları istehsal edilib.

Yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib, 1 il əvvələ nisbətən ət istehsalı 2,8 %, süd istehsalı 1,1 % və yumurta istehsalı 16,1 % artıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #aqrar #sektor #dən #çox #böyüyüb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu