fbpx

Azərbaycanda benzinlə bağlı yeni rəqəmlər AÇIQLANDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-cü il yanvar-avqust ayları ərzində Azərbaycanda avtomobil benzini istehsalı 951,2 min tona çatıb ki, bu da illik hesablamada 21,3 faiz mühüm artım deməkdir.

Metbuat.az bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatlarına görə, neft məhsulları istehsalının ümumi həcmi dəyər ifadəsində təqribən 3 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artım deməkdir. Xüsusən sürtgü yağlarının istehsalı 70,9 faiz, neft koksunun istehsalı 37,8 faiz, qazoyl (dizel yanacağı) istehsalı 22,4 faiz, neft bitumu istehsalı 33,4 faiz, mazut istehsalı isə 92,3 faiz artıb.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda kondensatla birlikdə 20,2 milyon ton xam neft hasil olunub ki, bunun təqribən 20,1 milyon tonu əmtəə neftinin payına düşüb. Bununla Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 7,5 faiz azaldıb. Həmçinin əmtəə neftinin hasilatı il ərzində 7,6 faiz azalıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #benzinlə #bağlı #yeni #rəqəmlər #AÇIQLANDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu