fbpx

Azərbaycanda bu bankların əmlakı hərraca çıxarıldı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Oktyabrın 5-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin, oktyabrın 10-da “Əmlak Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Günay Bank” ASC-nin, oktyabrın 12-də isə “Bakı Hərrac Mərkəzi”ndə ləğv prosesində olan “Dəmir Bank” və “Texnika Bank” ASC-lərin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Atabank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospekti, ev 57/107 ünvanında yerləşən 42,4 kv.metrlik mənzildən, “Günaybank”a məxsus 22 daşınar əmlakdan, “Dəmirbank”a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev prospekti, 59 ünvanında yerləşən 1 183,6 kv.metrlik əmlak kompleksindən və “Texnikabank”a məxsus Quba rayonu, İqriq kəndində yerləşən 0,9 ha torpaq sahəsindən gedir.

Əmlaklara müvafiq olaraq 35 min manat, 25,075 min manat, 475 min manat və 10 min manat qiymət qoyulub.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanda #bankların #əmlakı #hərraca #çıxarıldı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin